• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 25.09.2023 16:10

Tovuzda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tovuzun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama aparıb. Fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.