KepezTV Player
İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 200-ü ötüb. Onların arasında "Ermənistan" fraksiyasının deputatı Tadevos Avetisyan da var. Saxlanılanlar Ermənistan Cinayət Məcəlləsinin "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama" maddəsi ilə ittiham olunurlar. Ermənistanın "Daşnaksütyun" Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, polis zorakılığına baxmayaraq, paytaxt və vilayətlərdə itaətsizlik aksiyaları davam edir. Etirazçılar bəzi yolları bağlayıblar.
- Baxış: 149