KepezTV Player
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub. 66 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə parlaq qələbə qazanıb. O, həlledici dueldə yaponiyalı Takeşi Takeokaya cəmi 12 saniyəyə “ippon”la qalib gəlib. Y.Nəcəfovdan fərqli olaraq, qadın cüdoçu Leyla Əliyeva qızıl medal qazana bilməyib. Əliyeva gümüş mükafatçı olub.
- Baxış: 362