KepezTV Player
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib. Görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb.
- Baxış: 163