Azərbaycan Texnologiya Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb. Hibrid qaydada baş tutan konfransın plenar iclası Gəncədə keçirilib. Mövzunun aktuallığına diqqət çəkilərək konfransa 10 ölkədən 121 məqalənin göndərildiyi vurğulanıb. İKSAD-ın prezidenti Mustafa Latif Emek, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Əliquluyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. Konfrans öz işini 15 istiqamət üzrə bölmələrdə davam etdirib. Panellərin bir hissəsi Türkiyədə təşkil olunub.
Yaşar Ömərov- ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən: “Konfransın məqsədi mühəndisləri, elm adamlarını, eləcə də sənayedə çalışan şəxsləri bir araya gətirmək, mühəndislik sahəsində əldə olunan elmi tədqiqat nəticələrini müzakirə etmək, onu geniş auditoriyaya təqdim etməkdir. Eyni zamanda bu sahədə mövcud olan problemlərin birgə həlli üçün bir platforma təmin etmək idi. 26 xarici və 6 yerli universitetlərindən çoxsaylı məqalələr təqdim olunmuşdur. Onları da xüsusi qeyd etmək istərdim ki, əksər hissəsi də qardaş Türkiyə ölkəsinin alimlərinin payına düşür”.
- Baxış: 235