Ermənistan ərazi iddialarını davam etdirdiyini bir daha nümayiş etdirdi. Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə sosial şəbəkə hesabında bu barədə paylaşım edib. “UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycanın Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - deyə paylaşımda qeyd olunub.
- Baxış: 157