Xankəndidən İrəvana qaçışın güclənməsi separatçı xuntanın uzun illər boyu Qarabağda törətdiyi insanlıq əleyhinə və hərbi cinayətlərin ört-basdır edilməsi demək deyil. Etnik təmizləmənin aparılması, nəzarətimizdən kənar qalan ərazilərdə narkotik vasitələrin yetişdirilməsi və daşınması, qanunsuz məskunlaşmanın aparılması və terrorçuların hazırlanması onları məsuliyyətdən azad etmir. Dünyanın gözü qarşısında baş verənlərə ədaləti rəhbər tutanlar susqunluq nümayiş etdirsə də, indi Azərbaycanın haqlı olması təkzibedilməz faktlarla sübüta yetirilir.
44 günlük Vətən müharibəsinə qədər Azərbaycanın işğal altındakı torpaqları tamamilə talandı. Bu torpaqlar sadəcə Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin təbii resursları, mülkiyyəti ilə deyil, həm də Azərbaycan xalqına məxsus maddi-mənəvi dəyərlərin də dağıdılması ilə müşahidə olundu. Bu tarixi-mədəni irslər həm də bəşəri dəyərlərin mirasdır. Ermənilərin onilliklər ərzində etdikləri bu vəhşiliklərə dur deyilmədi, səssizlik və görməzliklə qarşılandı.
Yeganə Hacıyeva- siyasi şərhçi: “Xatırladım ki, ATƏT-in Minsk qrupu 28 il fəaliyyəti dövründə Qarabağa, Azərbaycanın işğal atındakı torpaqlara iki dəfə müşahidəçi missiya göndərmişdi. Bu dağıntıların dəyərləndirilməsi üçün faktaraşdırıcı missiya idi. Bu faktaraşdırıcı missiya, birinci missiya ilə ikinci missiya arasında Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən talandı. ATƏT-in birinci faktaraşdırıcı missiyasında bu dağıntılarda kiçik bir ehyam varsa, ikinci faktaraşdırıcı missiyada bu proseslər ümumiyyətlə görünməməzlikdən gəlinib. Bununla da əslində Emənistanı daha böyük dağıntılar etməyə həm də cəsarətləndirib”.
Dağıntılarla yanaşı işğal dövründə Azərbaycan əraziləri terrorçu yuvalarının məskəninə çevrildi. PKK terorçularının təlim mərkəzinə çevrildi. Bu isə öz növbəsində separatçıların terorçuluğu təşviq edilməsi üçün imkanları genişləndirdi.
Tural İsmayılov- siyasi şərhçi: “Suriyadan, Livandan və başqa ərazilərdən Asala zehniyyatında olan, eyni zamanda ASALA terrorunun bu gün ideloji olaraq davam etməyində maraqlı olan qüvvələrin də Qarabağ ərazisinə qanunsuz köçü prosesi baş verdi. Həmçinin silahlı teror təşkilatı olan Foma təşkilatının Qarabağda yeni özəklərinin yaradılmağına cəhd edildi. Bütövlükdə həmin dövrdə işğal altında saxlanılan Azərbaycan əraziləri qaçaqmalçılığın və terrorçuluğun yeni məskəni idi. Bu proses başa çatmasaydı, Azərbaycan işğalda olan torpaqlarını azad etməsəydi, Ermənistan terrorunu yekunlaşdırmasaydı, Ermənistanın Qarabağda formalaşdırmağa çalışdığı yeni terror cəhdləri bütün dünya üçün yeni təhdid elementləri yaradacaqdı”.
Azərbaycan Zəfərlə yekunlaşan haqq işində nəinki işğalda olan torpaqlarını azad etdi, həm də dünyanı baş alıb gedən terror yuvalarından birindən qurtardı. Bunu bir vaxtlar münaqişənin həllinə cəlb olunanlar, eləcə də indiki dövrdə sülh üçün can atanlar nə qədər tez anlasalar, nəticəyə bir o qədər tez nail olunar.
Elnur Vahidoğlu
- Baxış: 340