• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 15.09.2023 20:04

Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verib

KepezTV Player

Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı məktubu göndərib. "Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.", - deyə dövlət başçısı qeyd edib.