Ermənistan 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlayıb. Orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilib, etnik təmizləmə aparılıb, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilib. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşüb ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciətində bugünkü iclasın regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərinin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini də qeyd edib.
Prezident beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına da müraciət ünvanlayıb. "Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir.", deyə qeyd edən dövlət başçısı konfransın dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsət olduğunu da bildirib.
- Baxış: 282