• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 15.09.2023 15:52

Bu il Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır

KepezTV Player

Bu il Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Zabux qəsəbəsində 100-dən artıq şagird bu tədris ilinin sonuna kimi təhsilə qoşulacaq. “Ağalı kəndində də məktəbimizin fəaliyyəti gündən-günə genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird var idisə, artıq həmin məktəbdə 120 şagirdlə təhsili davam etdirir. Eyni zamanda, Talış kəndində də məktəbimizdə təhsil davam edir.”, - deyə nazir əlavə edib. Onun sözlərinə görə, Füzuli şəhərində təməli qoyulan peşə təhsili liseyinin layihələndirmə işi də bitib, noyabr ayından tikinti işlərinə başlanılacaq. 

Füzuli və Laçında ilk dərs günü

Bu gün Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə və Laçın şəhəri 2 saylı tam orta məktəbdə "Bilik günü" qeyd olunub. Füzuli və Laçında illər sonra ilk zəng çalınıb.