Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasına yeni il bayramı Roş ha-Şana münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycanı özünə doğma vətən bilən yəhudi icmasının ayrı-seçkiliyə məruz qalmadığı, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrildiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmiyi qeyd olunur.
Azərbaycan lideri İsrail Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa da Roş ha-Şana bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. "Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik" - deyə təbrikdə bildirilib.
- Baxış: 217