• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 13.09.2023 15:43

Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının sessiyasında Ermənistanın təxribatlarından danışıb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxış edib. Azərbaycan və BMT İnsan Hüquqları Şurası arasında əməkdaşlıq, ölkəmiz tərəfindən milli və beynəlxalq səviyyədə insan hüquqları sahəsində görülmüş işlər, habelə post-münaqişə dövründə insan hüquqlarının qorunması sahəsində mövcud çağırışlar barədə ətraflı məlumat verilib. Ceyhun Bayramov, 30 ilə yaxın Ermənistan işğalı nəticəsində fundamental hüquqları pozulmuş vətəndaşlarımızın öz yurdlarına layiqli qayıdışının təmini, habelə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tərəfimizdən əməli addımların atıldığını diqqətə çatdırıb. Nazir, Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etdirilməsi, müharibə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatların bugünədək verilməməsi, 1987-1991-ci illər arasında indiki Ermənistan ərazilərində etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqlarının inkar olunması ilə reinteqrasiya səylərinə zərbə vurulmasını vurğulayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər ixtisaslaşdırılmış qurumların, o cümlədən xüsusi prosedurların müvafiq mandatarlarının bu sahədə əməli addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.