KepezTV Player
Prezident İlham Əliyev Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskiyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik".
- Baxış: 294