• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 06.09.2023 16:10

Ceyhun Bayramov Xorvatiyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib

KepezTV Player

Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmir, ziddiyyətli yanaşmasını davam etdirir, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayınır, siyasi və hərbi təxribatlara əl atır, silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarmır, bununla da öhdəliklərini kobud şəkildə pozur, bölgədə təhlükəsizliyə təhdid yaradır. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Byaramov Xorvatiya xarici işlər və Avropa məsələləri üzrə naziri Grlic Radmanla görüşündə deyib. Görüşdə Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı bildirilib. Azərbaycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb. 

Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə də görüşüb. Görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub. Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşündə tərəflər, post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Azad Mustafayev