• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 04.09.2023 16:22

İƏT nümayəndələri “İmamzadə”də olublar

KepezTV Player

Faktaraşdırıcı missiya ilə Gəncədə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndələri “İmamzadə”də olublar. Dini ziyarətgah kompleksində dəfn olunan beşinci İmam Məhəmməd Baqirin oğlu İbrahimin qəbri ziyarət edilib, yaradılan şəraitlə tanışlıq olub. VIII əsrə aid tarixi memarlıq abidəsinin dövlət tərəfindən əsaslı təmir və bərpa edildiyi barədə qonaqlar məlumatlandırılıb. İkinci Qarabağ müharibəsi zamanı ermənilərin Gəncəyə atdığı raketlərdən birinin ziyarətgaha ziyan vurduğu xatırladılıb.