KepezTV Player
Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib. Məlumata görə, təbiət hadisəsi yerli vaxtla dünən saat 20:35-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyasından 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 5 bala qədər, Ağdam Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
- Baxış: 211