KepezTV Player
Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Dünən həmçinin, saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. MN-dən bildirilib.
- Baxış: 245