Ürək ağrısı ilə qeyd etməliyik ki, təkcə Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Həmin şəxslərin əksəriyyəti işgəncələrlə, xüsusi amansızlıqla qətlə yetirilib, kütləvi məzarlıqlarda basdırılıblar. Bu baxımdan, Ermənistanın Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməsi vacibdir. Xain haylar bundan imtina etməklə beynəlxalq öhdəlikləri pozurlar. Çünki dövlət həm daxili cinayət hüququ, həm də beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması ən ağır dünyəvi cinayətlərdəndir. Bu cinayətləri törədənlər lazımi cəzasını almalıdırlar!
Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə, burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki, eləcə də hərbi Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. İstər Birinci Qarabağ, istərsə də 44 günlük müharibə dövründə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər düşmənin bitib-tükənməyən kin-küdurətindən xəbər verir. Azərbaycanofobiya, türkofobiyanın geniş vüsət aldığı Ermənistan yürütdüyü etnik təmizləmə siyasəti ilə özünün həm də terror dövləti olduğunu göstərir. Son zamanlarda aşkar olunan kütləvi məzarlıqlar da ermənilərin qeyri-humanist davranışlarını bir daha təsdiqləyir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb. Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələrin verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiq olunmuş faktlardır. Kütləvi məzarlıqlarda tapılan həmin qalıqlardan 15 nəfərin kimliyi müəyyənləşib. Bunlardan 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. Ancaq 4000 itkinin müqabilində bu rəqəm çox azdır.
Tural İsmayılov- siyasi şərhçi: "Həm 10 noyabr bəyanatının yeddinci maddəsi, həm də eyni zamanda Ermənistanın üzərinə götürdüyü bir çox beynəlxalq öhdəliklər tələb edir ki, Ermənistan tam olaraq həmin dövrdən bu günə qədər taleyi nəmalum qalan insanların sonrakı həyatları ilə bağlı, hansıların yaşadığı, hansıların ölmələri ilə bağlı məlumat versin. Amma təəssüflər olsun ki, Ermənistan bu məsələdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Son zamanlar aparılan qazıntı işləri nəticəsində birinci Qarabağ müharibəsi dövründə ermənistanın törətdiyi vəhşiliyi özündə təcəsüm etdirilən bir çox cinayət faktorlarının ortaya çıxması əslində onu deməyə əsas verir ki, Ermənistan məqsədli və bilərək birinci Qarabağ müharibısində əsir və itkin düşmüşlərin taleyinə aydınlıq gətirmir. Əslində Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin də vurğuladığı kimi əgər Ermənistan Azərbaycanla həqiqətən sülh müqaviləsi istəyirsə, birinci növbədə birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş minlərlə Azərbaycan vətəndaşı ilə bağlı Azərbaycan tərəfinə məlumatları ötürməldir".
Aşkar olunan kütləvi məzarlıqla bağlı faktlar dəhşətlidir. İnsan qalıqlarının hər birinin üzərində ermənilərin onlara vermiş olduqları işgəncələrin, əzabların nişanələri var. 6 nəfərin skeletinin qalıqlarının qarın nahiyəsində mismarlar aşkarlanıb. Eyni zamanda qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi məlum olub. Törədilən bu dəhşətli cinayətlər istər müharibə qanunlarına, istərsə də beynəlxalq qanunlara ziddir.
Şair Ramaldanov- hərbi ekspert: "Dünyada sivil şəkildə beynəlxalq səviyyədə müəyyən qanunlar qəbul olunubdur. Konvessiyalar keçirilibdir. Əsirlərlə davranışda və müharibə zamanı meyitlərin biri-birinə təhvili haqqında çox gözəl və konkert qanun qəbul olunubdur. Ancaq birinci Qarabağ savaşında erməni vəhşiliyi göstərdi ki, ermənilər üçün heç bir qanun onların qarşısını almır. Bugünkü erməni vəhşiyili məhz ondan ibarətdir ki, dünya olaraq, beynəlxalq qrumlar olaraq ermənilərə bu gün də bununla bağlı lazım olan təzyiqlər göstərilməyib və çağırışlar edilməyibdir".
Amma əlbəttə ki, cinayətin izini itirmək mümkün deyil. Gec-tez törədilən hər bir cinayətin üstü açılır. Necə ki, artıq azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların nümunəsində biz bunu görürük. Ermənistanın İkinci Qarabağ müharibəsindəki cinayətlərini isə bütün dünya gördü. Bu gün tarix özü bu amansız cinayətlərin canlı şahididir.
Elnur Vahidoğlu
- Baxış: 361