• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1608
— 19.08.2023 19:25

Bir ailənin 4 üzvü ağır qəzada öldülər

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub. 34 yaşlı Nicat Mirzəyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı - 2 yaşlı Uğuz Mirzəyev, 10 yaşlı Aysun Mirzəyeva, 11 yaşlı Nuray Mirzəyeva ölüb. Azyaşlıların anası 31 yaşlı Qızxanım Mirzəyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə FHN nin xilas ediciləri cəlb olunaraq meyitlər və müxtəlif dərəcəli bədən xəsarətləri alan Qızxanım Mirzəyeva sıxılmış maşından çıxarılıblar. Qızxanım Mirzəyeva Şəki Mərkəzi xəstəxanasına çatdırılıb, hazırda reanimasiya şöbəsində travmatik şok diqnozu ilə müalicə edilir.