• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 18.08.2023 15:59

Qəzada 4 nəfər xəsarət alıb

KepezTV Player

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bayraq meydanında qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı iki minik maşını toqquşub. Nəticədə avtomobillərdən birinin salonu alovlanaraq yanıb. Əraziyə çağırılan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qrupu avtomobilin qalan hissəsini və digər avtomobili yanğından mühafizə edib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qəza zamanı avtomobildə olan dörd nəfər - 37 yaşlı Könül Musayeva, 58 yaşlı Mehman Musayev, 27 yaşlı Anar Əsgərov və 32 yaşlı Həyat Musayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.