• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 17.08.2023 20:19

Azərbaycan diplomatiyasının əzələ nümayişi

KepezTV Player

Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi. Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar oldu. Ermənistan hökumətinin ikiüzlülüyü də bir daha isbatlandı.

Rəsmi İrəvan Qarabağın mülki əhalisinin məcburi "tam blokadaya" alınması nəticəsində humanitar vəziyyətin "pisləşməsi" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi. Bundan başqa, ölkənin baş naziri Nikol Paşinyan və başqa rəsmilərin “Qarabağ Azərbaycan ərazisidir”, “Qarabağdakı ermənilər bizə mandat verməyib” kimi açıqlamaları da dünya ictimaiyyətinin gözündən pərdə asmaq cəhdi idi. Ermənistan Laçın yolundan danışaraq siyasi şou düzəltməyə çalışdı. Ancaq BMT TŞ-dəki daimi nümayəndələr məsələyə daha məntiqli yanaşdı. Qeyd olundu ki, Təhlükəsizlik Şurası 30 il əvvəl Ermənistanın işğalçı olduğunu təsdiqləyən 4 qətnamə qəbul etmişdi. Bu müddət ərzində işğalçı dövlət həmin sənədlərə məhəl qoymadı, beynəlxalq hüquqa qarşı hörmətsiz davrandı. Ermənilərin gülünc və cəfəng iddialarını beynəlxalq ictimaiyyət qəbul etmədi.

İrəvanın müsbət yekun gözlədiyi iclas tamamilə nəticəsiz qaldı, onlar üçün fiasko ilə başa çatdı: nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat reallaşdı. Xüsusilə Fransa və ABŞ nümayəndələrinin böyük canfəşanlığına baxmayaraq, haqq-ədalət zəfər çaldı.

Avqustun 16-da beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. O da təsdiqləndi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır. Yolu da o müəyyənləşdirir.

Beləliklə, Şuranın toplantısı sübut etdi ki, qloballaşan dünyada, yeni dövrdə dünya ermənisayaq “ağlaşma” üsulu ilə siyasət yürütməyi qəbul etmir.