• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 11.08.2023 19:13

Ağstafada qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşüb

KepezTV Player

Ağstafada yol qəzası baş verib. Hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərindəki Bayraq Meydanının qarşısında qəzaya düşüb. Xəsarət alanlar başqa təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.