2023-cü ilin yanvar-iyul aylarında “ƏDV geri al” layihəsi çərçivəsində 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Kassa çekləri pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə hesablanıb. Alınan mallara və əldə edilən xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara qaytarılır.
Zaur Seyidov- Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini: "ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 138 883 024 kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul ayları ərzində isə 257 856 726 çek üzrə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istehlakçılara 116,6 milyon manat ƏDV məbləği qaytarılmışdı".
- Baxış: 361