• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 05.08.2023 19:59

Avtomobillərin arxa şüşələrinə şüarların yazılması digər sürücülərin diqqətini yayındıra bilər

KepezTV Player

Şəhər ərazisində avtomobillə hərəkət edən zaman hər birimiz nəqliyyat vasitəsində müxtəlif dəyişiklik edən sürücülərlə rastlaşırıq. Dəyişiklik bəzən konstruksiya, bəzən də müxtəlif yazılar və şəkillərin əks olunduğu arxa şüşələrlə bağlı olur. Bu isə hərəkətdə olan digər sürücülərin diqqətini yayındıra bilər. Bəs bununla bağlı qanun bizə nə deyir? Növbəti videomaterialda biləcəksiniz.

Bəzi sürücülər öz nəqliyyat vasitələrini fərqləndirmək üçün onun xüsusilə arxa şüşəsinə müxtəlif məzmunlu yazılar, şüarlar və şəkillər yapışdırırlar. Bu da əksər hallarda yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədi daşıyır.

Ekspertlər deyir ki, arxa şüşədə olan yazılar təkcə digər hərəkət iştirakçılarının diqqətini yayındırmır həm də də görməni məhdudlaşdırır. Belə ki, sürücü avtomobili idarə edən zaman arxanı aydın şəkildə görə bilmir.

Mövcud vəziyyətlə bağlı şəhər ərazisində yol polisi şöbəsinin əməkdaşları tərəfindən mütəmadi reydlər təşkil olunur və sürücülərlə profilaktiki söhbətlər aparılır. Amma qanunvericilikdə bununla bağlı hər hansı cərimə nəzərdə tutulmur.