• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 05.08.2023 19:50

Füzuliyə qayıdış başlayır

KepezTV Player

Böyük Qayıdışın Füzuli mərhələsi başlayır. Bu gün 30 ildir doğma yurd-yuvalarının həsrətini çəkən 509 nəfər Füzuli sakininin yaşayacağı mənzillərin püşkatması keçirilib.

Füzuli sakini: "30 ildir ki, qaçqınam, yataqxanada yaşayıram. İndi qayıdırıq Füzuliyə, bu, bizim üçün hədiyyədir, böyük hədiyyədir... Allah şəhidlərimizə rəhmət eləsin, burda əziyyət çəkən əsgərlərimizə cansağlığı versin".

Füzuli sakini: "Hal-hazırda Füzuli rayonu 30 nömrəli məktəbin direktoru kimi fəaliyyət göstərirəm. Və bu köçə böyük məmnuniyyətlə qatılmışam, çünki Füzulidə - öz torpağımda yaşamağı özüm üçün fəxr bilirəm".

Füzuli sakini: "Gözəl hissdir, mən Füzuli rayonundan 9 yaşımda çıxmışam, hal-hazırda 40 yaşım var. Çox sevincliyik!"

Onlar nə az, nə çox 30 ildir ki, bu günü gözləyiblər. 509 Füzuli sakini illər əvvəl tərk etməli olduğu torpağa yaxın zamanda yenidən ayaq basacaqlar. Belə ki, artıq bu çərçivədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhlədə köçürüləcək 144 ailə arasında püşkatma da keçirib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzillə təmin olunub.

Qeyd edək ki, həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.