• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 04.08.2023 20:05

"İrəvan öhdəliklərinə əməl etməlidir"

KepezTV Player

"Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək  Azərbaycanın suveren hüququdur".  Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında "Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi" mövzusunda açıq debatda çıxışında belə deyib. Yaşar Əliyev Ermənistanı dəyən ziyana görə təzminat ödəməyə və sülh danışıqlarında vicdanlı şəkildə iştirak etməyə çağırıb. 

Yaşar Əliyev- Azərbaycanın BMT yanında daimi nümayəndəsi: “Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir. Azərbaycan öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində qətidir və dinc, təhlükəsiz, sabit və çiçəklənən region məqsədlərinə tam sadiqdir”.

Azad Mustafayev