• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 03.08.2023 19:27

Qəza olub, 3 nəfər xəsarət alıb

KepezTV Player

Tovuzda Heydər Əliyev prospektində iki yolun kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. İki "Mercedes" markalı avtomobil toqquşub. Hadisə yerinə FHN-nin xilasediciləri, yanğınsöndürən maşınları və təcili tibbi yardım briqadası cəlb olunub. Nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Bunlar Tovuz şəhər sakini 27 yaşlı Elməddin Mirzəyev, rayonun Bozalqanlı kənd sakinləri 19 yaşlı Gülay və 23 yaşlı Günay Qasımova bacılarıdır.

Onlar dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə zamanı avtomobildə 1 yaşlı körpə uşaq olsa da, xoşbəxtlikdən o, heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Azad Mustafayev