Maqnit qasırğası Yer atmosferinin yuxarı qatında güclü geomaqnit pozğunluqlar nəticəsində yaranan qlobal hadisədir. Bu pozğunluqlar enerji yüklü hissəciklər, ionlaşmış maddələr və Günəşdən gələn elektromaqnit şüalanma Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda baş verir. Məlumata görə, Avqust ayında maqnit qasırğası olan günlərin sayı çox olacaq. Ona görə də mütəxəssislər diqqət edilməli bəzi məqamlarla bağlı xəbərdarlıq edir.
Maqnit qasırğaları günəşdəki partalmalar, tac kütlələrinin atılması, günəş küləkləri və digər günəş hadisələri nəticəsində yarana bilər. Bu günəş hadisələri baş verdikdə, Yerin maqnit sahəsinə təsir edən maqnit qasırğalarını yaradırlar. Maqnit Yerdəki texnologiya və avadanlıqlar üçün müxtəlif problemlər yarada bilər.
Nemət Hacıyev- ekspert: “Günəşin səthində maqnit ləkələri qeydə alınlr. Həmin ləkələr get gedə böyüyür. Və bu böyümə nəticəsində də sıxlığını və təsiretmə xüsusiyyətini böyüdür. Nəzərə alsaq bu ləkələr bir deyil bir neçədir. Müəyyən müddət keçdikdən sonra bu ləkələrin qısa qapanması baş verir. Buda maqnit partlayışlarıdır.maqnit partlayışı zsmanı partlayış baş verdikdə yüklü zərrəciklər çox böyük intensiv sürətlə yer səthinə və digər planetlərə doğru hərəkət edir.yer səthinin üzərində mövcud olan maqnit qatının özündə maqnit sıxlığı böyüyür. Və bu sıxlıq da özü özlüyündə sonradan yer səthi üzərində olan insanlara təsir xüsusiyyətini yaradır”.
Həmçinin maqnit qasırğaları insanın səhhətinə də təsir edə bilər. Xüsusilə insanlarda baş ağrıları, aşağı və ya yüksək təzyiq, başgicəllənmə, ürəkbulanma, ürək və gözlərdə ağrı, halsızlıq və yuxusuzluq müşahidə edilə bilər.
Yüksəl Hüseynli- həkim: “Maqnit qasırğası günəşdə olan partlayışlar nəticəsində yerdə olan rabitə sistemində və bəzən xroniki xəstəliyi olan insanlarda yaşlılarda, körpə uşaqlara və hamilələrdə xüsusilə daha çox təsir edir. Bu zaman insanlarda yeksək qan təzyiqi, ürəkbulanma, xüsusilə keçməyən baş ağrısıdır, narahatçılıqlardan şikayət edirlər həmin şəxslər”.
Maqnit qasırğalarının mənfi təsirini minimuma endirmək üçün mütəxəssislər bəs nəyi tövsiyə edirlər?
Yüksəl Hüseynli- həkim: “Maqnit şüalarının yerə ən çox təsir elədiyi vaxt saat 11və17 arası olduğu üçün istər yaşlılar istə körpə uşaqlar, hamiləkər bu saatlarda çölə çıxmamağı tövsiyə edirik. Qabaqlayıcı tədbir olaraq həmin saatlarda günəş şüalarından uzaq durmağı əgər özlərində bu əlamətləri görürlərsə uzanıb dincəlməli, sərin duşlar, bol maye qəbul edə bilərlər. və keçirdikləri əlamətlərə görə məsələn hipertenziya varsa ona uyğun və ya baş ağrısı varsa ona uyğun profilaktik müalicə təsbirləri apara bilərlər”.
Bu ay olan ilk maqnit qasırğası avqustun 2-dən 4-dək olan dövrə düşəcək. 2023-cü ilin avqustunun ikinci maqnit qasırğası ayın 16-dan 17-dək olacaq. Avqustun 18-dən 20-nə kimi ayın sonuncu maqnit qasırğası gözlənilir.
Aişə Rzayeva
- Baxış: 440