“Yevlax Rayon Mərkəzi Xəstəxanası”da baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Yevlax rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsi və ya şəxsləri tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılmaqla istintaq aparılır.
Azad Mustafayev
- Baxış: 369