• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1067
— 24.07.2023 18:28

30 yaşlı siyasi təşkilat

KepezTV Player

1992-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbayan Partiyasının ilk təşkilatı Gəncədə təsis olunub. Fəaliyyət göstərdiyi 30 il ərzində zamanın sınaqlarından uğurla çıxan, ölkəmizi zirvələrə, parlaq gələcəyə daşımağa qadir olan partiyanın şəhər təşkilatı fəaliyyəti ilə ümumi işlərə töhfə verib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradılmasının 30 illiyinə həsr olunan “YAP Gəncə şəhər təşkilatı 30 ildə” adlı tədbirdə bu barədə danışılıb. Tədbirdə müstəqil Azərbaycanın uğurlara imza atmasında özündə mütərəqqi dəyərləri, prinsipləri, hədəfləri və vəzifələri birləşdirən siyasi qurumun ölkənin ictimia-siyasi həyatında mühüm roluna toxunulub. Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq olan bir qrup Gəncə ziyalısının iştirakı ilə 30 il bundan öncə yaradılan şəhər təşkilatının dövrün çağırışlarına uyğun olaraq fəaliyyətini davam etdirdiyi vurğulanıb. Yubiley tədbirində Yeni Azərbaycan Partiyasına xidməti dövründə fərqlənən bir qrup şəxsə təşəkkürnamələr təqdim olunub.

Bayram Aslanov- YAP Gəncə şəhər təşkilatının sədri: “YAP Gəncə şəhər təşkilatı bütövlükdə ölkəmizin ən böyük təşkilatıarından, şəhər və rayon təşkilatlarından birincisidir, hətta mən bəlkə də deyərdim birincilər sırasındadır. YAP Gəncə şəhər təşkilatının sıralarında 43 mindən çox Gəncə şəhər sakini və ictimaiyyət nümayəndələri, ziyalılar birləşib və bu 43 mindən çox üzvlərimizin böyük əksəriyyəti Gəncə şəhər ziyalılarıdır. Biz çox şadıq ki, YAP Gəncə şəhər təşkilatı bu qədər ziyalını özündə birləşdirə bilib. Bu qədər Gəncədə və Gəncəmizin inkişafında, insanlarımızın Azərbaycançılıq və Heydər Əliyev siyasəti ətrafında birləşməsində uğurlu nəticələr əldə edə bilir”.

Fərid Mehdiyev