Milli Mətbuat günü münasibətilə Naftalanda Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlərlə görüş olub. İştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 148 il öncə “Əkinçi” ilə əsası qoyulan Azərbaycan milli mətbuatının böyük tarixi inkişaf yolu keçdiyini qeyd edib. Kütləvi informasiya vasitələrinin insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verməsindən söz açıb. Ulu Öndər Heydər Əliyevin mətbuata və söz azadlığına göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyinə diqqət çəkib. Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edərək, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən mətbuat nümayəndələri Azərbaycan mətbuatının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini vurğulayıblar. Tədbirin sonunda Şəhər rəhbərliyi tərəfindən mətbuat nümayəndələrinə Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyət istiqamətlərindən bəhs edən kitab və xatirə hədiyyələri təqdim olunub.
Fərid Mehdiyev
- Baxış: 471