Şəmkirdə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev jurnalistləri təbrik edib, onlara peşə fəaliyyələrində uğurlar azrulayıb. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşdığı diqqətə çatdırılıb. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların söz və mətbuat azadlığını da əhatə etdiyi, maneələrin aradan qaldırılaraq medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldığı vurğulanıb. Vətəndaş cəmiyyəti quruculuğunda ardıcıl tədbirlər görülüb. Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən bir qrup jurnalistə, o cümlədən “Kəpəz TV”-nin əməkdaşına fəxri fərmanlar təqdim olunub.
- Baxış: 530