Gəncə şəhərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriləcək. Təlimə hazırlıq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində metodiki toplantı baş tutub. Yığıncaqda aidiyyəti idarə, müəssisə və təşklilatların rəhbər və nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər. Təlimə cəlb olunacaq müəssisələrin rəhbərlərinə onun keçiriləcəyi ərazi, iştirak edəcək heyət, cəlb olunacaq texnikalar və digər məsələlərlə bağlı ətraflı məlumat verilib. “AzərAlüminium” MMC-nin ərazisində keçirilməsi nəzərdə tutulan kompleks mülki müdafiə təlimi ilə əlaqədar müvafiq müəssisələrin rəhbərlərinə lazımi tapşırıqlar verilib, diqqət edilməli olan məqamlarr müzakirə edilib. Təlimə FHN-in ayrı-ayrı bölmələri, Gəncə Şəhər İcra Hakimiyyəti Fövqəladə Hallar üzrə Komissiyası, Şəhərin mülki müdafiə xidmətləri və məhdud sayda Gəncə sakini cəlb ediləcək. Təlim avqust ayının 2-dən 4-dək reallaşacaq.
- Baxış: 338