Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində çirkab suların axıdılması və məişət tullantılarının urnalardan kənara atılaraq ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib. Araşdırmlarla bir neçə avtoyuma məntəqəsində avtomobillərin kimyəvi maddələrlə yuyulması nəticəsində çirkli sularının yola axıdılması ilə gölməçələr yaranması, ətrafa pis qoxu yayılaraq antisanitar vəziyyətin hökm sürməsi aşkarlanıb. Həmin məntəqələrin sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Bəzi şəxslər, xüsusilə qanunsuz olaraq küçə ticarəti ilə məşğul olanlar tərəfindən tullantıların urnalara deyil, ətraf əraziyə atıldığı da aşkarlanıb. Həmin vətəndaşlar barələrində protokol tərtib olunuraq məsuliyyətə cəlb olunublar. Polis əməkdaşları tərəfinfən cari ilin müvafiq dövrü ərzində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə keçirilən monitorinq nəticəsində 700-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. Qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan 1274 nəfər barəsində inzibati qərar qəbul edilib.
Fərid Mehdiyev
- Baxış: 322