KepezTV Player
Şəmkir rayonunun Cəfər Cabarlı kəndində kişini elektrik cərəyanı vuraraq öldürüb. Dəllər Cırdaxan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Oruc Mayıl oğlu elektrik dirəyinə toxunub. Bədbəxt hadisə də bu zaman baş verib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 417