Prezident İlham Əliyevin imzaladığı sərəncamla Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə 900 min manat vəsait ayrılıb.
Prezident İlham Əliyev himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləğin müəyyənləşdirən fərman da imzalayıb. 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arasında olan 1 nəfərə görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası şəxsə görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat müavinət veriləcək.
- Baxış: 331