KepezTV Player
Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb. Şəhər İcra Hakimiyyəti yanında komissiya üzvlərinin, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib. Müvafiq icazəverici sənədləri olmadan daha bir qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün Şıxzamanlı qəsəbəsində qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.
- Baxış: 286