KepezTV Player
Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Bayramov Ceyhun Əziz oğlu və daha iki nəfərə fövqəladə və səlahiyyətli səfir, 1 nəfərə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, 2 nəfərə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri verilib. Dövlət başçısı “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında da sərəncam imzalayıb.
- Baxış: 318