• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 05.07.2023 12:16

"Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir"

KepezTV Player

"Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlətimizin başçısı, bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb. Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəklədiyini də vurğulayıb. Dövlətimizin başçısı həmçinin Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu diqqətə çatdırıb.