AMEA-nın təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda Respublika konfransı baş tutub. AMEA-nın prezidenti İsa Həbibbəyli ölkəmizdə “HeydərƏliyevşünaslıq” adlı elmi istiqamətin formalaşdığını deyib və Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması üçün əhəmiyyətli işlərin görüldüyünü, elmi-populyar nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu vurğulayıb. Heydər Əliyevin Azərbaycan elmi və təhsili, ölkə gəncliyi ilə bağlı xidmətləri sadalanıb. Bu il ərzində çap olunan kitablar, keçirilən konfranslar Ulu Öndərin həyatının, yorulmaz fəaliyyətinin, ideallarının fonunda müstəqillik uğrunda aparılan mübarizənin ən aktual məsələlərinə həsr olunduğuna diqqət çəkilib.
İsa Həbibbəyli- AMEA-nın prezidenti: “Burada həm AMEA-nın Bakıdakı elmi tədqiqat institutlarından olan gənc nümayəndələr iştrak edirlər, həm də eyni zamanda Gəncə bölməsinin müxtəlif institutlarının gəncləri də məruzələrlə çıxış edirlər. Bu konfrans eyni zamanda Ulu öndər Heydər Əliyevin ideallarının işığında müasir elmi gəncliyin formalaşdırılması və Heydər Əliyevin şəxsiyyətinin miqyasını, ideallarını, mübarizəsini yeni nəsillərə çatdırmaq missiyasını daşıyır. Hesab edirəm ki, bu, AMEA-nın özünün ehtiyat qüvvəsi olan yeni gəncliyin dövlətçilik ruhunda, Azərbaycançılıq ruhunda tərbiyə rolunun inkişaf etdirilməsi üçün atılan əhəmiyyətli addımlardan biridir”.
- Baxış: 358