• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 17.06.2023 19:08

“Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib

KepezTV Player

 

Gəncədə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə şəhid və qazi ailələri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak ediblər. Konsertdən yığılan vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın “İmarət kompleksi”nin bərpasına yönəldiləcək. Çıxışlarda “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkür bildirilib. Bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyəti qeyd edilib. Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova eləcə də digər incəsənət xadimlərinin çıxışları maraqla qarşılanıb. “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti ötən ilin 26 iyun tarixində Bakıda təşkil olunub.