KepezTV Player
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Birləşmiş Xəstəxanasının təşkilatçıllığı ilə Multidissiplinar konfrans keçirilib. Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə və 17 iyun Tibb İşçilərinin Peşə Bayramı gününə həsr olunan konfransda Gəncədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin tanınmış həkimləri, həmçinin Bakıdan dəvət edilmiş mütəxəssislər iştirak ediblər. Çıxışlar zamanı kardiologiya, cərrahiyyə və ginekologiya sahəsində olan aktual mövzulara toxunulub. Xəstəliklərin müasir diaqnostikası və müalicəsi ilə bağlı çıxışlar olub. Analoji konfransların keçirilməsinin tibb sahəsinin inkişafına öz töhfəsini verdiyi vurğulanıb.
- Baxış: 262