• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 08.06.2023 16:39

Ekoloji fəlakətə yol açacaq layihə

KepezTV Player

Ekoloji yönümlü QHT-lər Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə birgə bəyanat səsləndiriblər. Azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına çağırış ediblər.

Ermənistan Naxçıvanla həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Erməni mətbuatının məlumatına əsasən tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. Azərbaycanlı ekoloqların sözlərinə görə, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Tullantıların Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.

Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Alman şirkətlərindən biri də bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Bu günə qədər də rəsmi Berlin bu istiqamətdə addım atmayıb.

Amerika Birləşmiş Ştatları Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etməlidir. 

Fərid Mehdiyev