• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 02.06.2023 15:41

XİN-dən İranda saxlanılan vətəndaşımız barədə açıqlama

KepezTV Player

İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür. Xarici İşlər Nazirliyindən bildirilib ki, martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb. Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib. Yaxın zamanlarda Təbrizdəki Baş Konsulluq tərəfindən Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür. İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. Hələ 2008-ci ilin oktyabrında İranda qondarma ittiham ilə azərbaycanlı alim Rəşid Əliyev həbs edilmişdir. İrana səfər edən Azərbaycan vətəndaşlarının həbs edilməsi, incidilməsi ilə bağlı faktlar ora səfər etməyin vətəndaşlarımız üçün ciddi problemlərə səbəb olur. İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır, bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ya çətinliklər yaşayır. İndiki halda, Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görünür. Bütün bunları əsas götürərək vətəndaşlarımızın İrana səfər etməmək çağırışları getdikcə artmaqdadır. Hazırda sərhədlərimiz bağlı olsa da, bəzi vətəndaşlarımız ora üçüncü ölkələr vasitəsilə səfər edirlər. Sadalananlar Tehran rejiminin Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasəti, həmişə Ermənistanın yanında olması və 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə bunun açıq müstəviyə keçməsinin şahidi olmuşuq. Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, sülh yaxınlaşdıqca, İranın aqressivliyi daha da artır. Adətən belə düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur və bununla bağlı cəza tədbirləri görülür.