• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 30.05.2023 12:03

Tovuzda kafedə nöqsanlar aşkarlanıb

KepezTV Player

Tovuzda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Polad Əsgər oğluna məxsus “Loğman” kafesində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkar ediblər. Sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin sanitariya norma və qaydalarına cavab vermədiyi üçün mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.