KepezTV Player
Gəncədə Heydər Əliyev parkındakı süni göldə suyun səviyyəsi yüksəlib. Güclü yağış səbəbindən göldə suyun səviyyəsinin artması ətraf ərazilərə təhlükə yaratma riski olub. Bununla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
- Baxış: 359