• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 28.05.2023 20:04

Qarabağdakı "səlahiyyətlilərin" kitabı bağlandı, amnistiya üçün şərtlər açıqlandı

KepezTV Player

“İlk 20 ailə artıq dünəndən Laçında yerləşib. “Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Laçında bu rayondan olan sakinlərlə görüşündə deyib. Dövlət başçısı Zabux kəndində də yenidənqurma işlərinin sentyabrda yekunlaşacağını bildirib. Sakinlərlə görüşdə ölkə rəhbəri Ermənistanla olan sülh müqaviləsi, münasibətlərin inkişaf yolu haqqında da danışıb

“Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb.” Prezidenti İlham Əliyev Laçında bu rayondan olan sakinlərlə görüşündə belə dedi. Dövlət başçısı əminliyini ifadə etdi ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.

Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır” Prezident İlham Əliyev əlavə edib ki,: “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Ölkə başçısı Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini də açıqladı.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Vətən müharibəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev torpaqlarımızı Ermənistanda qoya bilməzdik dedi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ermənistanın, sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazırdır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində həmişəlik qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik”.

Prezident İlham Əliyev dırnaq arası erməni rəhbərliyinin aqibətilə bağlı da danışdı.

Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”. Dövlət başçısı sonda Qarabağ ermənilərinə səsləndi. Onlar üçün qalan yeganə yolu da açıqlaydı. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.