• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 25.05.2023 11:27

Əmək fəaliyyəti yüksək olan Azərbaycan qadını modeli...

KepezTV Player

Cəmiyyət insan fəaliyyəti və əməyi ilə formalaşır. Və onun hər bir üzvü onda daxili nizamın yaradılmasında xüsusi rol oynayır. Unutmayaq ki, qadın da bu dünyanın insanıdır. Həyatı asanlaşdırmaq, yaxşılaşdırmaq üçün verilən əməkdə onun da payı var. Olmalıdır da!

Çünki qadın yaradan, formalaşdıran, gözəlləşdirəndir. Toxunduğu hər yeri dəyişən, daha yaxşı və unikal şəklə salan varlıqdır. Odur ki, cəmiyyətin istənilən sahəsində qadın zəkası və mövqeyinə ehtiyacın olduğu danılmazdır. Bu həqiqət biznes dünyasında da öz əksini tapır və xanımlar artıq iş həyatına daha çox cəlb olunurlar.

Dövlət Statistika Komitəsinin apardığı araşdırmada məlum olub ki, qadınların təxminən yarısının hər hansı bir əmək məşğuliyyəti yoxdur. Ancaq bununla yanaşı, ötən illərlə müqayisədə ölkəmizdə işləyən xanımların sayında artım da müşahidə olunur. Və say gün keçdikcə artmağa davam edir.

Əvvəllər öz biznesi olan və iş dünyasında uğurları ilə tanınan qadınların sayı az idisə, indi belə xanımların göstərdiyi biznes xidmətlərindən daha çox yararlana bilirik. Onlar işə xəyal etməklə başlayır.

Nurlana Kazımova- İş qadını: “Əvvəllər özüm özəl bir təhsil mərkəzində İngilis dili  müəllimi kimi fəaliyyət göstərirdim. Və bir gün öz iş yoldaşım xanımla qərara gəldik ki, niyə biz öz yerimizi açmayaq və biz, bu riskə girdik. Öz biznesini yaratmaq o deməkdir ki, bütün məsuliyyət sənin üzərindədir. Və artıq sən çətinliklərlə üzləşə bilərsən. Bunun xoş tərəfləri olduğu qədər, mənfi tərəfləri də var. Biz bu yeri açanda bir məqsədimiz vardı, elə bir konsept yaratmalıydıq ki, bu, fərqli və maraqlı olmalıydı - seçilməliydi. Mən düşünürəm ki, biz, bunu bacardıq. Bir qadın olaraq qürur duyuram ki, biz - iki qadın bunu bacardıq”.

Xəyalını gerçəkləşdirmək uğurdur. Ona çatana kimi çəkilən əziyyətlər də bu uğurun təməl daşlarıdır. Fəaliyyətiylə insan var olduğunu, var etdiyini göstərir. Ancaq təəssüf ki, bəzən insanın öz əməyi ilə gecə-gündüz işləyib, özü üçün açdığı yolun qarşısında dayanıb, mane olmağa çalışanlar olur. O insan qadındırsa, daha da çox...

Nurlana Kazımova- İş qadını: “Ailəmizin dəstəyi bizim üzərimizdə yüksəkdir. Bəzən cəmiyyət olaraq bunu qınayırlar - bir qadının irəli getməyini, bir qadının özünün nə isə etməyini. Ancaq mən belə düşünmürəm. Mən düşünürəm ki, hər bir qadın öz ayağı üstündə durmalıdır. Və çox şükür ki, bizim çox gözəl ailəmiz var, bizi dəstəkləyir. Və mən hər bir qadına məsləhət görərdim ki, öz qanunlarımızı bilsinlər ki, qadın hüququ nələrdir. Və hər bir qadın öz ayağı üstə durmağı, məncə, bacarmalıdır”. 

Çərçivələr kimi xoşbəxt edir? Haqqlarının tapdanmağını, xəyallarına çatmaq üçün çalışmaq yerinə “bacarmaram” deyib, asanlıqla vazkeçməyi seçən kimlər xoşbəxtdir?

Qadın işi deyil” fikrinin əksini sübut etməyin vaxtıdır. Fiziki gücünün yetdiyi hər sahədə öz zehni potensialı və emosional zəkası ilə qadın etdiyi hər bir işi bacarar. Cəhd edən və şahid olan hər kəs də bunu yaxşı bilir. Qadın istəsə, edər!

Aysel Abbasova