Gəncəli idmançı kombat cui-citsu üzrə yarışda uğurlu çıxış edib. Fidan Yusifova Avropa çempionatında fərqlənməyi bacarıb.
Xanım idmançı Sloveniyanın Mixalovtse şəhərində keçirilən qitə yarışında iştirak edib. Millinin tərkibində yeganə qadın idmançı olan Fidan Yusifova 62 kq-da tatami üzərinə çıxıb. “Ground fight” dizi üstə güləş və “self defence” özünümüdafiə növündə mübarizə aparan Fidan 4 - Çexiya, Slovakiya və Ukraynadan olan 2 rəqibini üstələyərək qitənin ən güclüsü adına layiq görülüb. Bu, həm də gəncəli idmançının böyüklər arasında ilk yarışı olub.
Fidan Yusifovanın məşqçisi atası Ramin Yusifovdur. Uzun illərdir qızının idmanla məşğul olduğunu bildirən çalışdırıcı bu nailiyyəti ondan gözlədiyini deyib.
Fidan Yusifovanı noyabr ayında daha bir mötəbər yarış gözləyir. İdmançı bu dəfə doğma divarlar arasında Bakıda keçiriləcək cui-citsu üzrə dünya çempionatında iştirak edəcək.
Orxan Cəfərzad
- Baxış: 477