• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 24.05.2023 20:34

Son 10 ildə 2300 ha-a yaxın əkin və meşə sahəsi yanıb

KepezTV Player
Gəncədə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin birgə həyata keçirdiyi sayca beşinci müşavirədə 13 şəhər və rayonun icra hakimiyyəti nümayəndələri, fermer, kənd təsərrüfatı mütəxəsisləri iştirak edib. Müşavirənin əsas mövzusu meşə yanğınlarına qarşı mübarizə tədbirlərinin aparılması, nəzarət tədbirlərinin gücləndirilməsində aidiyyatı qrumların bu məsələyə cəlb edilməsidir.  O da xüsusi ilə qeyd edilib ki, Respublikada 2012-2022-ci illərdə baş verən 200 yanğın hadisəsi zamanı 2300 ha-a yaxın əkin və meşə sahəsi yanıb. Bununla da dövlətə 342 min manat ziyan dəyib. Məhz elə bunun üçün də belə qabaqlayıcı maarifləndirmə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb. May, iyun, iyul və avqust ayları isə yanğın hadisələrinin intensiv baş verdiyi aylar kimi xarakterizə edilir. Meşə yanğınlarının 90 faizi isə insan fəaliyyətinin, nəzarətsiz qalan alovun spndürülməməsi nəticəsində baş verir. Yanğınların baş verməməsi üçün əhalinin ehtiyat tədbirlərini əldən verməməsi tövsiyyə olunur. Tədbirdə həmçinin 30 il işğalda olan torpaqlarımızda ermənilərin törətdiyi ekocinayətdən də danışılıb eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb.